Fələstinin tanınması üçün Ərəb dünyasında fəaliyyət artıb - Şükri

Fələstinin tanınması üçün Ərəb dünyasında fəaliyyət artıb - Şükri

Bakı. TurkicWorld:

Fələstin dövlətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) tamhüquqlu üzvü kimi tanınmasını dəstəkləmək üçün Ərəb dünyasında fəaliyyət artıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Misir xarici işlər naziri Sameh Şükri Qahirədə İrlandiyanın xarici işlər naziri Micheal Martin ilə mətbuat konfransında çıxışı zamanı deyib.

"Növbəti addım Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və səsvermə yolu ilə atılacaq. Bu, Fələstin dövlətini tanımayan Avropa ölkələri də həvəsləndirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib. Fələstin 2012-ci ildə BMT-nin “daimi müşahidəçi statusu” qazanıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib.

Quterreş aprelin 3-də BMT Təhlükəsizlik Şurasına məktub yazaraq Fələstinin tələbini gündəmə gətirməyə çağırıb .

Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan qətnamə layihəsi daimi üzv olan ABŞ-ın vetosu ilə rədd edilib.

ABŞ qanun layihəsinə "xeyr", İngiltərə və İsveçrə "bitərəf", Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya isə "bəli" səs verib.

X: Lamanasadli01