COP29 qlobal problemlərin həllinə ciddi töhfə verə bilər - Printon universitetinin professoru

COP29 qlobal problemlərin həllinə ciddi töhfə verə bilər - Printon universitetinin professoru

Bakı. TurkicWorld:

COP29-un Azərbaycanda keçirilməsi qlobal problemlərin həllinə ciddi töhfə verə bilər.

Bu barədə TurkicWorld-ə Printon universitetinin professoru Maykl Reynolds deyib.

"Azərbaycanda dəfələrlə olmuş və bu ölkə, onun zəngin tarixi və mədəniyyəti haqqında məlumatı olan şəxs kimi hesab edirəm ki, COP29 Azərbaycanın özünü hamımıza aid olan ətraf mühit məsələləri kimi ciddi problemlərin həllinə öz töhfəsini verə bilən ölkə kimi dünyaya göstərməsi üçün yaxşı imkandır",- o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.