İngiltərə Ukraynaya bu günə qədərki ən böyük yardımı edəcək

İngiltərə Ukraynaya bu günə qədərki ən böyük yardımı edəcək

Bakı, TurkicWorld

İngiltərə Ukraynaya 500 milyon funt-sterlinq dəyərində hərbi maşın, avadanlıq və sursat dəstəyi verəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Ukraynaya 400-ə yaxın hərbi maşın, 1600 texnika və 4 milyon döyüş sursatı göndəriləcək.

Göndəriləcək hərbi texnika arasında uzaq mənzilli "Storm Shadow" raketləri də olacaq.

Qeyd edək ki, bu yardım İngiltərənin bu il planlaşdırdığı 3 milyard funt-sterlinq yardımın bir hissəsidir.