Rusiya kosmosdan dinc istifadəyə veto qoyub

Rusiya kosmosdan dinc istifadəyə veto qoyub

Bakı, TurkicWorld:

Rusiya kosmosdan dinc məqsədlərlə istifadəni təmin etmək və orada silahlanma yarışının qarşısını almaq üçün kosmosda nüvə və kütləvi qırğın silahlarının yerləşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.

TurkicWorld xəbər verir ki, ABŞ, Yaponiya və Türkiyənin birgə təqdim etdiyi kosmosdan dinc məqsədlərlə istifadəyə dair qətnamə layihəsi BMT-nin 15 üzvdən ibarət Təhlükəsizlik Şurasında səsverməyə çıxarılıb.

Rusiyanın veto qoyduğu qanun layihəsinə 13 ölkə lehinə və Çin isə bitərəf səsi verib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia qətnamə layihəsinin mətninin məhdud və siyasi məzmun daşıdığını ifadə edib.