Son dəqiqə

Fələstin BMT İsrail UNİCEF Qəzza zolağı

Rəfahda 600 mindən çox uşaq əziyyət çəkir - UNİCEF

Bakı. TurkicWorld:

Rəfahda 600 mindən çox uşaq əziyyət çəkir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

“Rəfahdakı 12 xəstəxanadan 3-ü hazırda qismən fəaliyyət göstərir və hücum halında bunlar qısa müddətdə sıradan çıxacaq.” – deyə o bildirib.

Haq, UNICEF-in Rəfaha quru hücumunun böyük fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq etdiyini, UNICEF-in icraçı direktoru Ketrin Rasselin orada 600 min uşağın ya xəstə, ya yaralı, ya da ac olduğunu bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər