Son dəqiqə

Ceyhun Bayramov Azərbaycan XİN Avstraliya İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi

Azərbaycan və Avstraliya XİN başçıları İsrail-İran qarşıdurması nəticəsində təhlükəsizlik vəziyyətini müzakirə ediblər

Bakı, TurkicWorld

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı aparılıb.

Bu barədə TurkicWorld -ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.

Mövzuya görə xəbərlər