Bakı, TurkicWorld
Qırğızıstan sosial dəstək sahəsində birgə səylərə xüsusi önəm verir.
TurkicWorld xəbər verir ki, bunu Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə etdiyi çıxışda deyib.
"Bu gün keçirilən iclas qardaş türk dövlətləri arasında təcrübə mübadiləsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm platformadır. Ailə, sosial müdafiə və həssas əhali qruplarının dəstəklənməsi təkcə dövlət siyasətinin bir sahəsi deyil, həm də dayanıqlı inkişafın, milli birliyin və insan kapitalının əsasını təşkil edir.
Qırğızıstan sosial dəstək sahəsində, ələlxüsus da ailələrin dəstəklənməsi, sosial inteqrasiya, uşaqların, yaşlıların və fiziki imkanları məhdud şəxslərin müdafiəsi kimi aktual istiqamətlərdə birgə səylərə xüsusi önəm verir", – deyə o bildirib.
Januzakova qeyd edib ki, TDT çərçivəsində əməkdaşlıq insan yönümlü, səmərəli sosial təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə yeni təkan verəcək.