Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi Çin

Çin şirkətləri Azərbaycanda alüminium istehsalı sahəsində birgə layihələr həyata keçirəcəklər

BAKI,TurkicWorld

Azərbaycan Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsini, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.

TurkicWorld bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki ,iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çin Xalq Respublikasının "Wanji" və "Sunstone" şirkətlərinin rəhbərləri ilə görüşüb.

Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, Çində fəaliyyət göstərən "Wanji" şirkəti sənaye, nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsal proseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

"Sunstone" şirkəti alüminium sənayesi üçün karbon materiallarının (prebaked anode) tədqiqatı, istehsalı və satışı ilə məşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarından biridir.

Mövzuya görə xəbərlər