Son dəqiqə

Azərbaycan Ermənistan

Ermənistan-Türkiyə normallaşması Azərbaycanla əlaqələrə müsbət təsir göstərəcək - Rubinyan

BAKI,TurkicWorld

Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması prosesindəki irəliləyiş, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinə də kömək edəcək və ona yeni təkan verəcək.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması prosesi ilə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesi fərqli proseslərdir, amma biz eyni regiondakı ölkələr olduğumuz üçün onlar bir-biri ilə qarşılıqlı təsir göstərə bilər. Biz hesab edirik ki, Ermənistanla Türkiyə arasındakı normallaşma prosesində irəliləyiş nəinki Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesinə ziyan verməyəcək , o əksinə bu prosesə yeni təkan verəcək," – Ermənistan Milli Məclisinin sədr müavini bildirib.

O, Ermənistan-Azərbaycan prosesində böyük irəliləyişin olduğunu vurğulayaraq, 8 avqust sülh bəyannaməsi, dəmir yolu ilə tranzit daşımaların bərpasını xatırladıb.

"Ümumiyyətlə, düşünürəm ki, proseslər müsbət istiqamətdə irəliləyir, biz artıq bəzi nəticələri görürük, digərlərini isə hələ görəcəyik," – deyə Rubinyan əlavə edib.

Mövzuya görə xəbərlər