Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Bakı. TurkicWorld:

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin keçirilən növbəti iclasında uçot dərəcəsi açıqlanıb.

TurkicWorld-un məlumatına görə, Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək, 14 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında Türkiyə lirəsinin kəskin ucuzlaşması fonunda həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.

Hazırda Türkiyə birjalarında ABŞ dolları 14,61 lirəyə alınıb-satılır.