Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi 28 May- Müstəqillik Günü

Türkiyə Müdafiə Nazirliyindən 28 May təbriki

BAKI,TurkicWorld

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin X sosial media hesabında paylaşım edilib.

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Qardaş ölkə Azərbaycanın 28 May Müstəqillik Günü mübarək olsun"- paylaşımda qeyd olunub.

Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.

Mövzuya görə xəbərlər