Azərbaycan İran 28 May- Müstəqillik Günü

İran XİN Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edib

Bakı, TurkicWorld

İran dost və qonşu ölkə olan Azərbaycan xalqı və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edir.

TurkicWorld -in məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində hesabındakı paylaşımda qeyd olunub.

Paylaşımda əlavə olunur ki, İran Azərbaycana yüksəliş, tərəqqi, iki xalq arasında münasibətlərin getdikcə daha da inkişaf etməsini arzulayır.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir. 1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunub.

Mövzuya görə xəbərlər