Azərbaycan Türkiyə Türkiyə xarici işlər nazirliyi 28 May- Müstəqillik Günü

Türkiyə Xarici İşlər Nazirliyindən 28 May paylaşımı

BAKI,TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin X sosial media hesabında paylaşım olunub.

"Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və ruh yüksəkliyini ürəkdən bölüşürük" - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.

Mövzuya görə xəbərlər