Britaniyanın baş naziri Kiyevə səfər edib

Britaniyanın baş naziri Kiyevə səfər edib

Bakı. TurkicWorld:

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanın paytaxtı Kiyevə səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbərinin müavini Andrey Sibiqa deyib.

"Hazırda Boris Consonun Kiyevə səfəri prezident Vladimir Zelenski ilə təkbətək görüşlə başlayıb", - deyə A.Sibiqa bildirib.

O vurğulayıb ki, Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, müharibə əleyhinə koalisiyada və Rusiyaya qarşı sanksiyalarda liderdir.