Son dəqiqə

Azərbaycan BMT Qarabağ ATƏT Minsk Qrupu Stefan Cüjarrik

BMT Qarabağdakı gərginlikdən narahatdır

Bakı. TurkicWorld:

Qarabağda gərginliyin artması ilə bağlı xəbərlər narahatlıq doğurur, BMT üçtərəfli formatda, eləcə də ATƏT-in Minsk Qrupu tərəfindən gərginliyin azaldılması səylərini alqışlayır.

TurkicWorld-un məlumatına görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

"Biz Qarabağda gərginlik barədə xəbərlərdən narahatıq. Biz gərginliyin azaldılması üzrə üçtərəfli formatda və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini alqışlayırıq", - deyə S.Cüjarrik bildirib.

O əlavə edib ki, BMT bütün tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə, eləcə də bütün məsələləri birbaşa dialoq yolu ilə həll etməyə çağırır.

Mövzuya görə xəbərlər