Tarixi Qarabağ Zəfərindən sonra peşə bayramımızı xüsusi qürur hissi ilə qeyd edirik – İlham İsmayıl (FOTO/VİDEO)

Tarixi Qarabağ Zəfərindən sonra peşə bayramımızı xüsusi qürur hissi ilə qeyd edirik – İlham İsmayıl (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Son illər Azərbaycan təhlükəsizlik orqanları inkişaf edib və ölkəmizin milli maraqlarının qorunması istiqamətində qarşıya qoyulan vəzifələri xüsusi peşəkarlıqla yerinə yetirir. Biz artıq ikinci ildir ki, xüsusi xidmət orqanlarının peşə bayramını böyük fəxr və qürurla qeyd edirik. Çünki, Azərbaycan 44 günlük Vətən Mharibəsində tarixi Zəfər qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.

Bunu TurkicWorld BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və birinci Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant İlham İsmayıl bildirib.

O, vurğulayıb ki, son illər təkmilləşən xüsusi xidmət orqanları öz işini müasir dövrün tələblərinə uyğun qurub:

“Peşəkarlardan, dövlətə və xalqa sadiq olan əməkdaşlardan formalaşdırılan təhlükəsizlik orqanları son dərəcə ayıq-sayıqdır. Ölkəmizə qarşı yönələ bilən istənilən təxribat və pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə alınır. Bu gün hər bir vətəndaşımız evində rahat yatırsa, ölkəmizdə sabitlik və təhlükəsizlik qorunub saxlanılırsa, şübhəsiz ki, burada xüsusi xidmət orqanlarımızın böyük rolu var. Ona görə də son illərdə bu orqanların nüfuzu ictimaiyyət arasında durmadan artır”.

İ.İsmayıl həmçinin təhlükəsizlik orqanları əməkdaşlarının Ermənistanın təxribatlarının, terror-təxribat əməllərinin qarşısının alınmasındakı müstəsna xidmətlərindən, ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizədən, xarici və daxili təhdidlərə qarşı həyata keçirilən davamlı tədbirlərdən danışıb.

Müsahibənin videovariantını təqdim edirik.