Son dəqiqə

Əli Əsədov Cevdet Yılmaz

Əli Əsədov İstanbuldakı zəlzələlərlə bağlı Cevdet Yılmaza zəng etdi

Bakı. TurkicWorld:

Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki,bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.

Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.

Mövzuya görə xəbərlər