Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən xəbərə görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.