Azərbaycan Türkiyə İkinci Qarabağ Müharibəsi TÜRKPA Hulusi Akar Türkiyə Böyük Millət Məclisi

Qarabağ zəfəri Türk dünyası üçün qürurdur - Hulusi Akar

Bakı, TurkicWorld

Azərbaycanın Qarabağ zəfəri Türk dünyası üçün qürurdur.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akar bu gün Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında deyib.

"Bu gün regionlarda gərginliklərin artdığı, iqtisadi problemlərin yarandığı dönəmə gəlmişik. Təhdidlər təkcə hərbi deyil, həm də iqtisadi və iqlim dəyişiklikləri problemləri də var. Türkiyə qlobal problemlərin həll olunmasında əsas rol oynamağa çalışır. Milli təhlükəsizliyin qorunması isə güclü ordudan asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi uğur bunu bir daha təsdiq edir. Qarabağ zəfəri bütün dünya üçün örnək olub. Bu, Türk dünyası üçün qürurdur. Beynəlxalq təhdidlərə qarşı, iqtisadi problemlərə qarşı birgə çalışmalıyıq. Süni intellektin müdafiə sahəsindəki köməyindən istifadə etməliyik".

H.Akar əlavə edib ki, Şimali Kipr Türk Respublikasının tanınması Türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirəcək.

Mövzuya görə xəbərlər