Boris Conson təcili Kiyevə səfər etmək niyyətindədir

Boris Conson təcili Kiyevə səfər etmək niyyətindədir

Bakı. TurkicWorld:

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi görüş üçün Kiyevə təcili səfər etməyi düşünür.

TurkicWorld bu barədə UNİAN-a istinadən xəbər verir.

Britaniyanın baş naziri bu yolla Ukraynaya dəstək nümayiş etdirmək niyyətindədir. Eyni zamanda, o, rəsmilərdən prezident Zelenski ilə danışıqlar üçün Ukrayna paytaxtına səfərin praktikliyi və dəyərini araşdırmağı xahiş edib. Xəbərdarlıqlara baxmayaraq, Conson bacararsa, “getmək istəyir”.

"Çox əhəmiyyətli olan təhlükəsizlik mülahizələri ilə yanaşı, sual ondan ibarətdir ki, ölkəyə şəxsən səfər etməklə əldə edilə biləcək əlavə nəsə varmı, yoxsa bu, sadəcə olaraq həmrəylik nümayişi olacaq. Bu, özlüyündə kifayət qədər məqsəddirmi?", - mənbə bildirib.