Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyənin Azərbaycandakı səfirliyi

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan hərbi qulluqçularının ölümü ilə əlaqədar başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyənin Bakıdakı səfirliyi, Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olan Azərbaycan hərbi qulluqçuları ilə əlaqədar başsağlığı verib.

TurkicWorld-in məlumatına görə, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – mətndə qeyd olunub.

Mövzuya görə xəbərlər