Lavrov Ukrayna XİN rəhbəri ilə görüşdən danışıb

Lavrov Ukrayna XİN rəhbəri ilə görüşdən danışıb

Türk dostlarımızın təşəbbüsü ilə humanitar məsələləri müzakirə etdik. Mülki vətəndaşların zərər görməməsi üçün hansı tədbirləri görə biləcəyimizdən danışdıq.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Mülki insanlardan qalxan kimi istifadə olunur. Biz Rusiya tərəfinin humanitar dəhliz açmaq təklifini təkrarladıq. Marşrutları vəziyyətə nəzarət edənlər müəyyən edir. Biz ən təhlükəsiz marşrutları seçirik", - deyə o əlavə edib.