Son dəqiqə

Rəşad Məcid Əfv Məsələləri Komissiyası

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək

Bakı, TurkicWorld

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclas saat 15:00-da baş tutacaq.

Qeyd edək ki, bu il komissiyanın üç iclası baş tutub və həmin iclaslarda 300-dən çox müraciətə baxılıb.

Mövzuya görə xəbərlər