BMT post-münaqişə dövründə Azərbaycanla əməkdaşlığı davam etdirəcək - BMT rəsmisi

BMT post-münaqişə dövründə Azərbaycanla əməkdaşlığı davam etdirəcək - BMT rəsmisi

BMT post-münaqişə dövründə Azərbaycanla əməkdaşlığı davam etdirəcək.

TurkicWorld-un məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib.

O xatırladıb ki, 2021-ci il martın 1-də BMT və Azərbaycan hökuməti 2021-2025-ci illər üzrə dayanıqlı inkişaf sahəsində əməkdaşlıq barədə Çərçivə sənədi imzalayıb.

"BMT koronavirus pandemiyasından sonra və post-münaqişə dövründə bərpa məsələlərində Azərbaycana dəstəyi davam etdirəcək", - deyə o bildirib.