Son dəqiqə

Birol Akgün

Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Bakıya gəldi

Bakı, TurkicWorld

Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün Bakıya gəldi.

Bu barədə TurkicWorld-ə Türkiyə Səfirliyindən məlumat verilib.

Qeyd edək ki, Birol Akgün sabah vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.

Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.

Mövzuya görə xəbərlər