Toivo Klaar Ruslan İmanquliyev Namiq Həsənov Turan Bayramov Jalə Əskərova Elşən Məcidov

Avropa İttifaqı - Azərbaycan əməkdaşlığı - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.

TurkicWorld-un məlumatına görə Jalə Əskərovanın təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hərbi ekspert Ruslan İmanquliyev, siyasi şərhçi Elşən Məcidov, tarixçi Namiq Həsənov və siyasi şərhçi Turan Rzayev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Mövzuya görə xəbərlər