Toivo Klaar sentyabrın 23-24-də Azərbaycanda səfərdə olacaq

Toivo Klaar sentyabrın 23-24-də Azərbaycanda səfərdə olacaq

Bakı. TurkicWorld:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar sentyabrın 23-24-də Azərbaycanda səfərdə olacaq.

Bu barədə TurkicWorld-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, T.Klaar hazırda Ermənistanda səfərdədir.

Xatırladaq ki, avqustun 16-da T.Klaarın Azərbaycana səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, beynəlxalq tərəfdaşların, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar, eləcə də regiondakı vəziyyət müzakirə olunub.