Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib

Bakı. TurkicWorld:

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 18-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik və sülhün əldə edilməsi, Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyası ilə əlaqədar məsələlər müzakirələr aparılıb.

Qeyd edəki ki, Toivo Klaar həmçinin Ermənistanın baş nazirinin müavini Mqer Qriqonyanla görüşüb. Görüşdə demarkasiiya prosesi müzakirə olunub.

Xatırladaq ki, noyabrın 30-da Qazax-İcəvan sərhəddində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər.

Dekabrın 14-də isə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti" təsdiq edilib.