Bakı, TurkicWorld
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar normallaşma prosesi üzrə Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddəki görüşünün mühüm olduğunu qeyd edib.
TurkicWorld xəbər verir ki, bu barədə Toivo Klaar "X" sosial media hesabında paylaşım edib.
"Dünən Sərdar Kılıç və Ruben Rubinyan arasında Ermənistan - Türkiyə sərhəddində mühüm görüş oldu. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Ermənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü keçirilib.