Son dəqiqə

Çin Zakir Həsənov Müdafiə Nazirliyi ADEX 2024

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib

Bakı, TurkicWorld

Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin sonuncu günündə də Bakı Ekspo Mərkəzini ziyarət edib.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası"nın ("CPMIEC") rəhbər heyəti ilə görüşüb.

Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər