Son dəqiqə

Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrinin təsdiqlənməsi ilə bağlı iclası keçirilir

Bakı, TurkicWorld

2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

TurkicWorld-in məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib. Məhkəmə heyəti və katibi təqdim edildikdən sonra iclasda məruzəçi hakimin seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumatı dinlənilir.

İclasın yekununda Milli Məclisə keçirilən seçkilərin nəticələri təsdiq ediləcək.

Qeyd edək ki, sentyabrın 16-da MSK sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub və seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Mövzuya görə xəbərlər