Son dəqiqə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK)

İkinci Qarabağ müharibəsinə qədər 10 mindən çox qaçqına hüquqi yardımlar göstərilib - BMT QAK

1990-cı ildən bəri BMT QAK Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra öz torpaqlarından didərgin düşən vətəndaşlara köməklik göstərib.

Trend-in məlumatına görə, bunu Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərıə bağlı Qərarlar Toplusunun nəşri ilə bağlı keçirilən tədbirdə BMT QAK-ın ölkə üzrə nümayəndəsi Guido Ambroso deyib.

O bildirib ki, 1995-1997-ci illərdən başlayaraq təşkilat qaçqın düşmüş şəxslərə maddi yardımla yanaşı hüquqi yardımlar da göstərib.

"İkinci Qarabağ Müharibəsinə qədər bizim təşkilat tərəfindən 10 mindən çox qaçqın düşmüş şəxsə hüquqi yardımlar göstərilib. Bundan başqa BMT QAK tərəfindən vətəndaşlığı olmayan və yaxud vətəndaşlığı təhlükə altında olan şəxslərə də köməklik göstərilib. Çünki təşkilat tərəfindən vətəndaşlığı olmayan şəxslərin taleyi bizi çox maraqlandırır. 90-cı illərin sonundan hazırki dövrə qədər 221 nəfər vətəndaşlığı olmayan şəxslərə hüquqi yardımlar göstərilib. Həmin şəxslər hazırda vətəndaşlıq alıb. Şəxsiyyət vəsiqəsi ilə təmin olunublar,"- deyə G.Ambroso qeyd edib.

Mövzuya görə xəbərlər