Son dəqiqə

MÜSİAD Rəşad Cabirli

Ortaq Türk əlifbasının yaradılması Türk dünyası üçün mühüm bir addımdır - Rəşad Cabirli

Bakı,TurkicWorld

Türk dünyası ortaq əlifbasının yaradılması, Türk dövlətləri arasında birlik və müttəfiqliyin güclənməsi üçün mühüm bir addımdır.

TurkicWorld xəbər verir ki, bu sözləri MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli deyib.

Onun sözlərinə görə bu əlifba Türk dünyasının gələcəyi üçün çox önəmlidir.

"Çox geniş mədəniyyətə sahib olan Türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi mərhələdə, bu xalqların ortaq əlifbasının olmasının müstəsna əhəmiyyəti vardır",- deyə Cabirli vurğulayıb.

O, əlifbanın yaradılmasının həm də iqtisadi əlaqələri gücləndirəcəyini deyib.

"Bu gün türkdilli dövlətlərin effektiv müzakirə platformasına çevrilmiş Türk Dövlətləri Təşkilatı bu coğrafiyada təmsil olunan xalqların parlaq gələcəyi üçün tarixi rol oynamaqdadır",- deyə Cabirli bildirib.

Qeyd edək ki, dünən Türk Akademiyası Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının yaradılması ilə bağlı razılığa gəlib.

Mövzuya görə xəbərlər