Son dəqiqə

Türkiyə Cahit Bağcı

Azərbaycanlı qardaşlarımızla zəfər bayramlarımızı birgə qeyd edəcəyik - Türk səfiri

Bakı, TurkicWorld

Bu gün bir daha şəhidlərimizin mənəvi hüzurunda qürur duyduğumu bəyan edirəm.

TurkicWorld xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyənin Zəfər Bayramı münasibətilə Türk Şəhidliyi abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinə sizlər ilham vermiş, onların gücünə güc qatmısınız. Biz bu gün olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla zəfər bayramlarımızı çiyin-çiyinə qeyd edəcəyik", - səfir əlavə edib.

Cahit Bağçı yekunda bir daha həm Azərbaycan, həm də Türkiyə şəhidlərinin ruhlarını minnətdarlıqla yad edib.

Mövzuya görə xəbərlər