Bakı, TurkicWorld
Aparılan sorğuya görə, respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirdiyi halda, 9 faizi isə cavab verə bilməyib.
TurkicWorld xəbər verir ki, bunu "Oracle Advisory Group" təşkilatının nümayəndəsi George Birnbaum mətbuat konfransında deyib.
O, sorğuda iştirak edənlərin Sosial durumdan 89 faizi Azərbaycanda vəziyyətin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.