Son dəqiqə

Türkiyə İran ABŞ

ABŞ Türkiyədən İranı sakitləşdirməsini istəyir

Bakı, TurkicWorld

Yaxın Şərq böyük bir müharibəyə doğru sürüklənərkən ABŞ Türkiyənin İranı Yaxın Şərqdəki gərginliyi azaltmağa razı salmasını istəyir.

TurkicWorld xəbər verir ki, səfir vəzifəsi tezliklə başa çatacaq ABŞ səfiri Jeff Flake İstanbulda jurnalistlərlə görüşündə “Biz İranla əlaqələri olan bütün müttəfiqlərimizdən İranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik və Türkiyə də bu ölkələr arasındadır",-deyə qeyd edib.

Flake Vaşinqtonun türk həmsöhbətlərinə toxunaraq, "Gərginliyin artmasının qarşısını almaq üçün əllərindən gələni edirlər. Gərginliyin artmayacağına bizdən daha əmin görünürlər",-deyə əlavə edib.

Son illər ABŞ-Türkiyə münasibətlərində əsas problemlər ABŞ-ın Türkiyənin terror təşkilatı hesab etdiyi YPG ilə müttəfiqliyi və Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri alması olub.

S-400-lərin alınması ABŞ-ın sanksiyalarına və Türkiyənin F-35 proqramından kənarlaşdırılmasına səbəb olub.

Lakin Flake ABŞ-Türkiyə münasibətlərinin son dövrlərə baxdığımızda ən yaxşı vəziyyətdə olduğunu deyib.

Flake avqustun əvvəlində Ankarada ABŞ və Rusiya arasında Soyuq Müharibədən bəri ən böyük miqyaslı əsir mübadiləsində Türkiyənin oynadığı “faydalı rola” diqqət çəkib.

"Onlar danışıqlar tərəfində iştirak etmədilər, lakin logistika tərəfində mühüm rol oynadılar" dedi Flake.

Mövzuya görə xəbərlər