Son dəqiqə

Mərkəzi Asiya anlaşma memorandumu

Mərkəzi Asiya ölkələrinin rəhbərləri bir sıra sənədlər imzalayıblar

Astana, TurkicWorld

Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının VI Məşvərət Görüşünün yekunlarına əsasən bir sıra sənədlər imzalayıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Beləliklə, aşağıdakı sənədlər imzalanıb:

- Mərkəzi Asiya dövlət başçılarının VI Məşvərət Görüşünün yekunları üzrə Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı;

- "Mərkəzi Asiya – 2040" regional əməkdaşlığın inkişafı Konsepsiyası;

- "Özbəkistan Respublikasının Prezidenti Mirziyoyev Şavkat Miromonoviçə Mərkəzi Asiya Dövlət Başçılarının Şərəf Nişanı" ordeni ilə təltif edilməsi haqqında" Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşünün Qərarı.

Eyni zamanda, Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı ilə aşağıdakı sənədlər təsdiq edilib:

- 2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair yol xəritəsi;

- 2025-2027-ci illər üçün Mərkəzi Asiya dövlətlərinin sənaye əməkdaşlığının inkişafı üzrə Tədbirlər Planı.

Bundan əlavə, Mərkəzi Asiya Ölkələri Dövlət Başçılarının VI Məşvərət Görüşü çərçivəsində rəsmi nümayəndə heyətlərinin üzvləri tərəfindən aşağıdakı sənədlər imzalanıb:

- Mərkəzi Asiya dövlətlərində nəqliyyat və logistika mərkəzlərinin inkişafına dair Anlaşma Memorandumu;

- Mərkəzi Asiya energetika nazirlərinin ilk görüşünün yekunları üzrə kommünike;

- Mərkəzi Asiya dövlətlərinin nəqliyyat nazirlərinin ikinci iclasının Astana kommünikesi.

Mövzuya görə xəbərlər