Bakı, TurkicWorld
"MOL Group" və "Turkish Petroleum Corporation" hidrokarbonların kəşfiyyatı və hasilatı sahəsində strateji tərəfdaşlar olaraq qarşılıqlı dəstəyi nəzərdə tutan Anlaşma Memorandumunu imzalayıblar.
TurkicWorld bu barədə "MOL Group"a istinadən xəbər verir.
"Bizim uzunmüddətli "SHAPE TOMORROW" strategiyamıza uyğun bu sənədin imzalanması onillik əməkdaşlığımızın yeni bir mərhələsini açır. Məqsədimiz, gələn 5 il ərzində hasilatın həcmini gündə ən azı 90 min barel neft ekvivalenti səviyyəsində saxlamaqdır. Bizim kəşfiyyat və hasilat şöbəmiz beynəlxalq portfeli gücləndirmək üçün bütün səyləri göstərəcək", – şirkətdən bildirilib.
MOL Group həmçinin qeyd edib ki, şirkət enerji təchizatının təhlükəsizliyini və Mərkəzi və Şərqi Avropanın rəqabət qabiliyyətini gücləndirəcək strateji tərəfdaşlıqlar yaratmağa çalışır.