Son dəqiqə

Paşa Bank anlaşma memorandumu

"PAŞA Kapital" və "Crossinvest Zürich AG" arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, TurkicWorld

15 noyabr 2024-cü il tarixində "PAŞA Kapital"ın ofisində baş tutan imzalama mərasimində "PAŞA Kapital" İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev, Crossinvest Zürich AG-nin İdarə Heyətinin üzvü və İnkişaf Edən Bazarlar üzrə rəhbəri Fəqan Nağıyev iştirak edib.

İki şirkət arasındakı strateji əməkdaşlığa dair bağlanmış bu memorandum çərçivəsində tərəflər maliyyə təhlili və investisiya idarəçiliyi sahələrində bilik və təcrübə mübadiləsi aparmağı planlaşdırır.

Bu əməkdaşlıq, "PAŞA Kapital"ın yerli və xarici kapital bazarlarında fəaliyyətini daha da möhkəmləndirməklə yanaşı, Crossinvest Zürich AG-nin xarici investisiya məsləhətçiliyi sahəsində aktivliyini genişləndirməklə sektorun ümumi inkişafına töhfə vermək məqsədini daşıyır.

Yerli və beynəlxalq investisiya imkanlarının dəyərləndirilməsi və bu imkanlardan investorların maksimum faydalanmasını təmin etmək üçün gələcək əməkdaşlıq perspektivlərinin də nəzərdən keçirilməsi planlaşdırılır.

"PAŞA Kapital" İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Mövzuya görə xəbərlər