Baş nazir Əli Əsədov və vitse-prezident Fuad Oktay telefonla danışıblar

Baş nazir Əli Əsədov və vitse-prezident Fuad Oktay telefonla danışıblar

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb, bu barədə TurkicWorld-a Nazirlər Kabinetindən bildiriblər.
Söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.