Son dəqiqə

Türkiyə CHP Özgür Özəl

CHP-nin gerbində dəyişiklik ediləcək

Bakı, TurkicWorld

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) gerbində Atatürk prinsiplərini və dövlətçiliyi təmsil edən altı oxdan ən uzunu bənövşəyi rəngə boyanacaq.

TurkicWorld xəbər verir ki, ətraf mühiti və qadınları simvolizə etmək üçün logoda hazırda qırmızı fon üzərində ağ rəng olan altı oxda iki yeni rəng kimi yaşıl və bənövşəyi rənglərindən istifadə edilməsi nəzərdə tutulub.

Partiyadakı bu dəyişiklik növbəti qurultayda nümayəndələrə də təqdim ediləcək. CHP sədri Özgür Özel tərəfindən gündəmə gətirilən bu dəyişikliyə partiya daxilində hələ ki, qarşı çıxan olmayıb.

CHP logosundakı ən uzun ox dövlətçilik prinsipini, oxun uc hissəsi isə özəl sektoru simvolizə edir. Belə ki, bayrağın ilkin versiyasında yalnız dövlətçiliyin inkişafını simvolizə edən ox işarəsinə sonradan özəl sektoru da təmsilən detal əlavə edilərək dəyişdirildi. Yeni qərar qəbul ediləcəyi təqdirdə isə, ox bənövşəyi və yaşıl rənglər alaraq üçüncü dəfə dəyişmiş olacaq.

Qeyd edək ki, dünən CHP-nin sözçüsü Deniz Yücel Özgür Özelin açıqlamasına düzəliş edərək , "CHP-nin altı oxdan ibarət olan simvolu partiyamızın müvafiq olaraq "Cümhuriyyətçilik, Milliyyətçilik, Xalqçılıq, Dövlətçilik, Dünyəvilik və İnqilabçılıq"dan ibarət olan prinsiplərini ifadə edir. Partiyamızın bayrağı qırmızı fonun üzərində altı ox olan bayraqdır. Sədrimiz cənab Özgür Özel, "Dövlətçilik" oxunun mənasını izah edərkən, ekologiyaya diqqətli, təbiət dostu və dayanıqlı siyasətə və gender bərabərliyinə sadiqliyimizi vurğulamışdır. Ətraf mühiti təmsil edən yaşıl və kişi və qadın bərabərliyini simvolizə edən bənövşəyi rəng, bizim dövlətçilik anlayışımıza uyğun olaraq simvolizə edilmişdir" deyə bildirib.

Mövzuya görə xəbərlər