Son dəqiqə

Şuşa Qlobal Media Forumu

2-ci Şuşa Qlobal Media Forumu bütün iştirakçılar üçün möhtəşəm təcrübədir - Den Meyson

Şuşa, TurkicWorld

2-ci Şuşa Qlobal Media Forumu bütün iştirakçılar üçün möhtəşəm təcrübədir.

Bu barədə TurkicWorld - ə "Dan Mason Media"nın direktoru Den Meyson 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.

"Bu forum 40 millətin nümayəndələrini inanılmaz bir məkanda bir araya gətirdi. Heyrətamiz olan odur ki, təkcə gözəl məkanı deyil, həm də Şuşanın və Qarabağ bölgəsinin qısa zamanda həyata qaytarılması üçün aparılan bərpa işlərini öz gözlərimizlə görə bildik", - deyə o vurğulayıb.

Den Meysonn qeyd edib ki, forumda kütləvi informasiya vasitələri sahəsində möhtəşəm peşəkarlar bir araya gəlib, düşünməyə təşviq edən və yeni ideyalar doğuran gözəl diskussiyalar təşkil olunub.

"Bu, mədəniyyətlərin fantastik qarışığı, bir çox insanın Azərbaycan və Qarabağ bölgəsi ilə tanışlığı idi. Bu forum dezinformasiyaya qarşı mübarizədə nə kimi rol oynayacaq? Ondan başlayaq ki, burada KİV sahəsində peşəkar, fərqli baxış nöqtəsinə malik çox sayda insan var və onlar öz fikirlərini, anlayışlarını və dezinformasiya ilə bağlı hazırkı mövqeyini bölüşə bilərlər. Bu səbəbdən, geri çəkilərək süni intellekt və dezinformasiyanın qlobal ekoloji gündəmdən bu qədər fərqli yollarla, özlüyündən keçdiyinə nəzər yetirmək fikrimcə, dezinformasiya ilə mübarizədə bu forumun ən güclü faktorudur", - deyə o əlavə edib.

Qeyd edək ki, 2-ci Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Mövzuya görə xəbərlər