Son dəqiqə

Şuşa Qlobal Media Forumu

Azərbaycan müstəqillik uğrunda mübarizə aparan koloniyalara mühüm dəstək göstərir - Karl Korbin

Şuşa, TurkicWorld

Azərbaycan müstəqillik uğrunda mübarizə aparan koloniyalara mühüm dəstək göstərir.

TurkicWorld -in məlumatına görə, bunu bu gün idarəçilik üzrə beynəlxalq məsləhətçi Karl Korbin Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.

O qeyd edib ki, Azərbaycan bu barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edilməsi imkanlara malikdir.

"Dünyada böyük sayda müstəmləkələr var, lakin onların hamısı haqqında məlumatlar yoxdur. Dünyanın diqqətini bu məsələyə cəlb etmək lazımdlr. Bu koloniyların təbii ehtiyatları talanır, azadlıqları əllərindən alınıb.

Koloniyaların bu məsələləri qaldırmaq üçün platformaları, imkanları yoxdur, digər ərazilrdə baş verən hadisələr haqqında məlumatsızdırlar. Azərbaycan onların səsinin dünyada eşidilməsi üçün çox mühüm tərəfdaşdır. Bu işdə Azərbaycan bizə böyük dəstək göstərir", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər