Bakı. TurkicWorld
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Aİ-dəki nümayəndəsi Oksana Domenti Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinə və BMT İnkişaf Proqramının (BMT İP) Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinə təşəkkürünü bildirib.
TurkicWorld-un məlumatına görə, bu barədə ÜST-nin rəsmisi sosial şəbəkədə yazıb.
“Azərbaycan səfiri zati-aliləri Vaqif Sadıqov və BMT İP-nin Aİ-dəki nümayəndəliyinə Brüsseldə bu mühüm tədbiri təşkil etdiyinə və iqlim və səhiyyə perspektivlərini bölüşmək imkanına görə çox təşəkkür edirik”, – deyə o qeyd edib.
Xatırladaq ki, iyulun 10-da Azərbaycanın AB yanındakı nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) AB-dəki nümayəndəliyi ilə birgə “Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans təşkil ediblər.