Bakı,TurkicWorld
Baykar İtaliyanın aviasiya nəhəngi Piaggio Aerospace-in yeni sahibi olacaq.
TurkicWorld xəbər verir ki, İtaliyanın Müəssisələr Nazirliyi və Made in Italy aviasiya şirkəti Piaggio Aerospace-in Baykar-a satışını təsdiqləyib.
1884-cü ildə qurulan İtaliyanın köklü aviasiya şirkəti Piaggio Aerospace-i almaq üçün keçirilən tenderdə dünyanın ən böyük silahlı pilotsuz uçuş aparatı (UCAV) şirkəti Baykar ən yaxşı təklifi verən şirkət olub.
Mübahisəli bir proses olan tenderdə Baykar müxtəlif ölkələrdən təklif verən rəqiblərini geridə qoyaraq qalib gəlib.
Piaggio 140 illik tarixi ilə İtaliyanın texnoloji infrastrukturuna əhəmiyyətli töhfələr verməklə tanınır.
"Altı illik gözləmədən sonra biz Piaggio Aerospace-ə gələcək təklif edirik",- deyə İtaliyanın Müəssisələr və Made in Italy naziri Adolfo Urso deyib.
Bu satınalma ilə Baykar, Piaggionun tarixi irsini qoruyaraq və istehsal gücünü gücləndirməklə yanaşı, Avropa aviasiya bazarındakı təsirini artıracaq.
Baykarın bu strateji addımı türk aviasiya sənayesinin qlobal uğurlarına bir yenisini əlavə edərkən, Piaggionun tarixi də bu müqavilə ilə gələcəyə daşınacaq.