Son dəqiqə

Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban Bayramı münasibətilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qurban Bayramı münasibətilə paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!
Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"

Mövzuya görə xəbərlər