İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək.

Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram".