Son dəqiqə

Azərbaycan Türkiyə Milli Qurtuluş Günü Numan Kurtulmuş

Numan Kurtulmuş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Bakı, TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, Kurtulumuş bu barədə X sosial media hesabında paylaşım edib.

“Tarixi, mədəni və siyasi birlikdən kənarda sarsılmaz dostluq münasibəti ilə bağlı olduğumuz əziz Azərbaycanın 15 İyun Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirəm.”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə idi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Mövzuya görə xəbərlər