Bakı, TurkicWorld:
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
TurkicWorld xəbər verir ki, Bayraktar bu barədə X sosial media hesabında paylaşım edib.
“Birliyimiz və firavanlığımız əbədi olsun. Azadlığa inamımız, keçmiş tayfalarımız və gələcəyə ümidlərimiz eynidir. Əziz Azərbaycanın Milli Qurtuluş Günün mübarək”,- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə idi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Özgürlüğe olan inancımız, geçmiş zaferlerimiz, geleceğe dair umutlarımız bir…
— Selçuk Bayraktar (@Selcuk) June 15, 2024
Birliğimiz, dirliğimiz daim olsun!
Can Azerbaycan’ın #MilliKurtuluşGünü kutlu olsun!
Azadlığa inamımız, keçmiş qələbələrimiz, gələcəyə ümidlərimiz birdir…
Birliyimiz əbədi olsun!
Əziz… pic.twitter.com/50n0DsfsLt