Bakı, TurkicWorld:
Azərbaycan mina problemi ilə bağlı məsuliyyətini dərk edərək, bütün minatəmizləmə işlərinin maliyyələşdirilməsi baxımından 95 faizini öz dövlət büdcəsi hesabına ödəyib.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov jurnalistlərə açıqlamasında deyib.
"Bu, onu göstərir ki, biz heç də digər ölkələrdən yardım gözləmir, öz işimizi özümüz görürük. Eyni zamanda, çox vacib məqamdır ki, beynəlxalq ictimaiyyət bu əsas problemə öz lazımi diqqətini göstərsin.
Gözləntimiz ondan ibarətdir ki, Ermənistan bizim tələbimizə uyğun olaraq, dəqiq məlumatları verməlidir. Bu, eyni zamanda, iki tərəf arasında etimad qurucu tədbir kimi görülə bilər",- deyə E.Əmirbəyov bildirib.